Loading ...
Global Do...
News & Politics
Global Business
71
0
Try Now
Log In
Pricing
09 saylı Buraxılış İyul 2019 PwC Azerbaijan Times © 2019 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşımırıq. Buraxılışın əsas xəbərləri Landmark Ofis Plaza III, 12-ci mərtəbə 90A Nizami küçəsi Bakı AZ1010, Azərbaycan Tel: +994 12 497 2515 Faks: +994 12 497 7411 Arif Quliyev Direktor, Vergi Məsləhəti Xidmətləri üzrə Rəhbər arif.guliyev@pwc.com Elçin Məmmədov Direktor, Hüquqi Praktikanın Rəhbəri elchin.mammadov@pwc.com Elnur Məmmədov Direktor, Vergi Hesabatlığı və Strategiyası Praktikasının Rəhbəri elnur.mammadov@pwc.com Aysel Süleymanova Marketinq və Kommunikasiya məsələləri üzrə Rəhbər aysel.suleymanova@pwc.com Qeyd edilən məlumatlarla bağlı hər hansı sualınız yaranarsa bizə müraciət edin Bizi İzləyin PwC Azərbaycan PwC Azerbaijan PwC Azerbaijan PwC Azerbaijan www.pwc.az • Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı yeniləndi • “KOB klaster şirkəti”nin meyarlarının təsdiq edilməsi. Issue №5 April 2019 PwC Azerbaijan Tis 09 saylı Buraxılış İyul 2019 PwC Azerbajan Times Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı yeniləndi. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 724 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 iyul tarixli 1505 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı” yenilənmişdir: •7 ölkə - Antil Adaları (Niderland), Bəhreyn, Qernsi, Men Adaları, Makao (Çin), Nauru, Seyşel Adaları siyahıdan çıxarılmışdır; •4 ölkə - Fici, Kabo Verde, Sent Vinsent və Qrenadin, Trinidad və Tobaqo isə siyahıya əlavə olunmuşdur. Qeyd: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayı yol ilə edilən ödənişlər Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab edilir və 10 faiz dərəcə ilə ödəməmənbəyindən vergiyə cəlb olunurlar. Güzəştli vergi tutulan ölkələrin yenilənmiş siyahısını növbəti keçiddə görə bilərsiniz: http://e-qanun.az/framework/42606 “KOB klaster şirkəti”nin meyarlarının təsdiq edilməsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 8 may 2019-cu il tarixli 1917050000007900 nömrəli Qərarı ilə”KOB (kiçik və orta biznesin) klaster şirkəti”nin meyarları təsdiq edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.78-ci maddəsinə əsasən, KOB klaster şirkəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş meyarlara cavab verən və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (bundan sonra-Agentlik) KOB klaster şirkətinin şəhadətnaməsi verdiyi hüquqi şəxs kimi ifadə olunur. Qəbul edilmiş meyarlara əsasən, aşağıdakı vergi ödəyiciləri “KOB klaster şirkəti” kimi çıxış edir: 1.Səhmlərinə dövlət tərəfindən nəzarət edilməyən və kommersiya hüquqi şəxs kimi dövlət qeydiyyatına alınan vergi ödəyiciləri; 2.Nizamnaməsində vacib qərarların verilməsinin Agentlik ilə razılaşdıraraq qəbul edilməsini əks etdirən vergi ödəyiciləri; 3.Fəaliyyət sahəsi aşağıdakı meyarları dəstəkləyən vergi ödəyiciləri: •Azərbaycan Respublikasında istehsal edilməyən rəqabətədavamlı məhsullar yaradılması •Hal-hazırda istehlakın 50% -dən çoxunu təşkil edən idxal olunan məhsulları əvəz edə biləcək yerli məhsulun yaradılması; •qonaqlama və yerləşdirmə xidmətləri (mehmanxana, motel, kempinq və s.) göstərməsi 4.”KOB klaster şirkəti” daxilində bir-biri ilə qarşılıqlı surətdə asılı olmayan ən az 10 mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə KOB klaster layihəsinin həyata keçirilməsi üçün təsərrüfat əqdlərinin bağlanması tələb edilən meyarlara daxildir. KOB klaster şirkətinin həyata keçirəcəyi layihə üzrə müəyyən edilmiş investisiyanın minimum həcmi müxtəlif şəhər və rayonlar üzrə müəyyən edilmişdir: Beləliklə, Qərarda müəyyən meyarlara cavab verən vergi ödəyicilərinə Agentlik tərəfindən Vergilər Nazirliyi ilə razılaşdırmaqla Şəhadətnamə təqdim edilir. Bu şəhadətnaməni əldə etmiş vergi ödəyiciləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, “KOB klaster şirkəti” kimi qeydiyyata alındığı tarixdən etibarən 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən və texnikanın və texnoloji avadanlıqlarının idxalına tətbiq olunan ƏDV-dən azad olunurlar ( Maddə 102.1.32, 106.1.21, 164.1.40, 199.15 , 207.6 ). 1 Bakı şəhəri 5 milyon manat 2 Bakı ərtafı qəsəbələr və Abşeron rayonu 3 milyon manat 3 Sumqayıt və Gəncə şəhəri 2,5 milyon manat 4 Yuxarıda göstərilməyən şəhər və rayonlar 1,5 milyon manat 5 Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası, Füzuli, Xocavənd, Ağdam, Tərtər, Ağcabədi, Goranboy, Göygöl, Gədəbəy, Daşkəsən, Qazax, Tovuz, Ağstafa, Lerik, Yardımlı, Balakən və Qusar rayonları 0,5 milyon manat